İDMAN


“Rio-2016”nın dördüncü günündə Azərbaycanın 6 atleti mübarizə aparacaq

A+ A

Bakı, 9 avqust, AZƏRTAC 

XXXI Yay Olimpiya Oyunlarının dördüncü günündə - avqustun 9-da Azərbaycanın 6 atleti mübarizə aparacaq. Atletlərimiz idmanın üç növü – boks, kamandan oxatma və akademik avarçəkmə üzrə yarışacaqlar.

AZƏRTAC xəbər verir ki, ilk olaraq mübarizəyə Olqa Senyuk başlayacaq. Təmsilçimiz qadınlar arasında kamandan oxatma üzrə fərdi yarışda mübarizə aparacaq. Onun 1/32 final mərhələsində rəqibi çinli Cao Hui olacaq. Yarış Bakı vaxtı ilə 23:57-də başlayacaq.

Kişilər arasında akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Boris Yotov cütlüyü isə saat 17:30-da başlayacaq yarımfinalda mübarizə aparacaqlar.

Günün yekunu boksçularımızdan gələcək. Əvvəlcə rinqə 1/16 final (təsnifat) mərhələsində 75 kiloqram çəki dərəcəsində Kamran Şahsuvarlı çıxacaq. Saat 19:15-də mübarizəyə qatılacaq boksçumuzun rəqibi çinli Minqanq Caoya olacaq.

Gecə saat 00:45-də isə Albert Səlimov rinqə çıxacaq. Boksçumuz 60 kiloqram çəkidə 1/16 (təsnifat) finalda Oliver Coys David mavrikiyalı Merven Klairdən üstün olmağa çalışacaq.

Məhəmmədrəsul Məcidov (+91 kg) 1/16 final (təsnifat) mərhələsində günün sonuncu döyüşünə çıxacaq. Gecə saat 02:00-da başlanacaq döyüşdə boksçumuz mərakeşli Mohammed Arjaoui ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.