İDMAN


“Rio-2016”nın dördüncü günündə üç boksçumuz rinqə çıxacaq

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarının dördüncü günündə boks üzrə Azərbaycan yığmasının üç üzvü mübarizəyə qoşulacaq.

AZƏRTAC xəbər verir ki, ilk olaraq rinqə Kamran Şahsuvarlı çıxacaq. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Daha sonra Albert Səlimov yumruğunun gücünü sınayacaq. 60 kq-da çıxış edən dəri əlcək ustamız Olimpiadaya 1/8 finaldan start verəcək. Azərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vuracaqlar. Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız da ilk olaraq 1/16 finalda çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.