İDMAN


“Rio-2016”nın ilk günündə avarçəkənlərimiz və gimnastımız uğurlu çıxış ediblər

A+ A

Bakı, 7 avqust, AZƏRTAC

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının ilk günündə - avqustun 6-da 8 Azərbaycan idmançısı mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, velosipedçimiz Maksim Averin şose növündə qüvvəsini sınayıb. İdmançımız yarışı başa vura bilməyib.

Cüdo yarışlarında ölkəmizi təmsil edən Orxan Səfərov (60 kq) Peru təmsilçisi Xuan Postiqos, qırğızıstanlı Otar Bestayev və braziliyalı Felipe Kitadaiyə qalib gələrək yarımfinala yüksəlib. Qazaxıstan idmançısı Yeldos Smetova uduzan O.Səfərov bürünc medal uğrunda görüşdə yaponiyalı Naohisa Takota ilə üz-üzə gəlib. Tatamani məğlub tərk edən idmançımız yarışı beşinci pillədə başa vurub.

Avarçəkənlərimizin çıxışı isə uğurlu alınıb. İki min metr məsafəyə ikinəfərlik qayıqla yürüşdə Aleksandr Aleksandrov-Boris Yotov Kuba, Yeni Zelandiya, Böyük Britaniya və İtaliyadan olan rəqiblərinə qarşı yarışıblar. Təmsilçilərimiz 6 dəqiqə 40.52 saniyəlik nəticə ilə yürüşü ikinci sırada başa vuraraq yarımfinala yüksəliblər.

On metr məsafəyə tapançadan atəşaçma yarışlarında çıxış edən Ruslan Lunyov finala vəsiqə qazana bilməyib. Atıcımız yarışı 15-ci pillədə başa vurub.

İdman gimnastikasında kişilərin çoxnövçülük üzrə təsnifat yarışlarında ölkəmizi Oleq Stepko və Petro Paxnyuk təmsil ediblər.

Rio Olimpic Arenada təşkil olunan bu mərhələdə Azərbaycan ilə yanaşı, Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, Norveç, Yeni Zelandiya və Almaniyadan 31 atlet növbəti mərhələyə vəsiqə uğrunda yarışıb.

O.Stepko 6 hərəkətin cəmində 86.208 xal, P.Paxnyuk isə 84.215 xal toplayıblar. Təsnifat yarışları başa çatdıqdan sonra O.Stepkonun qazandığı xal finala yüksəlmək üçün yetərli olub.

Milli komandamız boksçu Rüfət Hüseynovun çıxışı ilə günü başa vurub. “Riocentro-Pavilion-6”da keçirilən yarışda boksçumuz ilk görüşündə Namibiya idmançısı Tulyungeleni Matias Hamunyela məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.