İDMAN


“Rio-2016”nın qalibi karyerasını bitirib

A+ A

Bakı, 11 avqust, AZƏRTAC

Xəbər verdiyimiz kimi, kolumbiyalı ağır atlet Oskar Fiqeroa (62 kq) “Rio-2016”da qızıl medal qazanmışdı.

AZƏRTAC xəbər verir ki, mötəbər yarışda 318 kiloqramı başı üzərinə qaldıran O.Fiqeroa Olimpiya çempionu olduğunu bildikdən sonra idman ayaqqabısını çıxararaq dizi üstə yerə oturub və ağlamağa başlamışdı.

“Mən 22 ildir bu idman növü ilə məşğulam. Artıq karyeranı bitirmək vaxtıdır. Məhz buna görə ayaqqabımı çıxardım və bununla karyeramı başa vurduğuma işarə etdim. Qələbəmi və göz yaşlarımı vətənim Kolumbiyaya həsr edirəm” – deyə 33 yaşlı atlet bildirib.

Qeyd edək ki, Kolumbiyanın dövlət himni səslənərkən də Feqeroa göz yaşlarını saxlaya bilməmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.