İDMAN


Rio Olimpiadasında iştirak edəcək cüdoçularımızla görüş keçirilib

A+ A

Bakı, 19 iyul, AZƏRTAC 

Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdo üzrə milli komandamızın üzvləri və məşqçi heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə idmana və Olimpiya hərəkatına göstərdiyi diqqətin mötəbər beynəlxalq idman qurumları, o cümlədən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də yüksək qiymətləndirildiyini bildirib. Federasiya prezidenti Rio Olimpiadasında ölkəmizi təmsil edəcək 6 cüdoçunun Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyacağına əminliyini söyləyib.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov və Elnur Məmmədli milli komandamızın üzvlərinin son doqquz ay ərzində bütün nüfuzlu beynəlxalq yarışlarda mübarizə apardıqlarını, Avropa çempionatından, “Böyük dəbilqə” və “Qran-pri” turnirlərindən medallarla qayıtdıqlarını vurğulayıblar.

Vitse-prezident Sadıq Sadıqov ötən dövrdə dünyanın müxtəlif ölkələrində və respublikamızda cüdo üzrə milli komandamızın təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Baş məşqçi Piter Zayzenbaher və millinin kapitanı Elxan Məmmədov göstərilən qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ölkəmizi Rio Olimpiadasında 6 cüdoçu - Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Kokauri Uşangi (100+ kq) təmsil edəcək.

Cüdoçularımız mötəbər yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışında iştirak etmək üçün iyulun 19-da Berlinə yola düşəcəklər. İyulun 25-də isə milli komandamızın üzvləri Braziliyaya yollanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.