İDMAN


Rio Olimpiya Kəndində Azərbaycan bayrağı avqustun 3-də qaldırılacaq

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycanın Olimpiya millisi avqustun 1-də axşam saatlarında Rio-de-Janeyroya yola düşəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov iyulun 25-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir deyib ki, komandamız 14 saatlıq uçuşdan sonra avqustun 2-də səhər saat 09:30-da Braziliyaya çatacaq. Bir gün sonra Olimpiya Kəndində Azərbaycan idmançılarının salamlama və üçrəngli bayrağımızın qaldırılması mərasimi təşkil olunacaq.

Azad Rəhimov qeyd edib ki, komandamız böyük tərkibli heyətlərə daxildir. Ölkəmiz Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunacaq.

Nazir diqqətə çatdırıb ki, millimiz Olimpiya Kəndində Portuqaliya və Slovakiya yığmaları ilə eyni binada məskunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.