İDMAN


Rio-de-Janeyro Olimpiadasının təşkilatçıları Peleni bağlanış mərasiminə dəvət etmək niyyətindədirlər

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Rio-de-Janeyro Olimpiadasının təşkilatçıları dünya futbolunun əfsanəsi Peleni avqustun 21-də Oyunların bağlanış mərasiminə dəvət etmək niyyətindədirlər.

AZƏRTAC xəbər verir ki, nəzərdə tutulduğuna görə, üçqat dünya çempionu Oyunların açılış mərasimində Olimpiya məşəlini alovlandırmalı idi. Sonra məlumat verildi ki, Pele bu yaxınlarda keçirdiyi cərrahiyyə əməliyyatından sonra dünya qarşısına əsa ilə çıxmaq istəmir.

Bununla belə, Pele bu həftə işgüzar məsələlərlə bağlı Afrikaya səfər etmək niyyətindədir. Bu fakt Olimpiadanın təşkilatçılarında onun fiziki durumunun yaxşı vəziyyətdə olmasına ümid yaradıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.