CƏMİYYƏT


Rio-de-Janeyroda 28 May – Respublika Günü ilə bağlı keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Rio-de-Janeyro şəhərində yerləşən və ölkəmizin adını daşıyan məktəbi ziyarət edib, 28 May - Respublika Günü ilə əlaqədar məktəblilər arasında keçirilən rəsm müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə qalib gəlmiş şagirdlərə müxtəlif hədiyyələr təqdim edən səfir məktəb rəhbərliyi ilə təhsil ocağının gələcək planlarını müzakirə edib. Gələn il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təntənəli tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Sonra şagirdlər Azərbaycanla bağlı mahnılar oxuyub, şən səhnəciklər ifa ediblər.

Azərbaycanın adını daşıyan məktəbdə hazırda 700-dən artıq şagird oxuyur və 50-yə yaxın müəllim çalışır. Məktəb Rio-de-Janeyro şəhərinin mərkəzi məktəblərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.