DÜNYA


Rio-de-Janeyroda Olimpiada vaxtı terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 21-də Braziliya polisi İŞİD-i dəstəkləyən qrupun üzvü olmaqda və Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunları zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 10 nəfəri saxlayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Braziliyanın ədliyyə naziri Alexandre Moraes məlumat verib.

Bir qədər əvvəl Reuters Agentliyi iyulun 21-də səhər saatlarında başlayan antiterror əməliyyatı çərçivəsində terror aktı hazırlamaqda şübhəli bilinən bir qrup şəxsin saxlanıldığı haqda informasiya yayıb. Agentliyin məlumatına əsasən, əməliyyat ölkənin 9 ştatında aparılıb.

Braziliya prezidentinin vəzifələrini icra edən Mişel Temer kabinetin təcili iclasını çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.