İDMAN


Rio-de-Janeyroda baş verən yanğın bəzi atletlərin təxliyəsi ilə nəticələnib

A+ A

Bakı, 16 avqust, AZƏRTAC 

Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyroda yanğın baş verib.

AZƏRTAC TASS İnformasiya Agentliyinə istinadla xəbər verir ki, hadisə şəhərin qərbində yerləşən Deodoro bölgəsində olub.

Meşədə baş verən yanğın küləyin də təsiri ilə qısa müddətdə geniş yayılıb. Məlum olub ki, bu, velosiped yarışının iştirakçılarına ciddi mənada təsir edib. Yanğın dağ velosipedi üzrə iştirakçıların məskən saldığı əraziyə yaxınlaşdığından, onlar həmin ərazidən dərhal köçürülüblər.

Bu hadisə qadınlar arasında keçirilən otüstü hokkey oyunlarına da təsirsiz ötüşməyib. Belə ki, ABŞ – Almaniya və Böyük Britaniya – İspaniya qarşılaşmaları zamanı ərazini duman bürüsə də, bu görüşlər sona qədər oynanılıb.

Beynəlxalq Velosiped Birliyi rəsmiləri sabah keçiriləcək dağ velosipedi üzrə yarışlar öncəsi Deodoro bölgəsinə gedərək, idmançıların yarışacağı ərazilərə baxış keçirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.