İDMAN


Rio-de-Janeyrodakı Paralimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb VİDEO

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Sentyabrın 5-də Rio-de-Janeyrodakı Paralimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə paralimpiyaçı idmançılarla yanaşı, Azərbaycan nümayəndə heyətinin üzvləri, ölkəmizin Braziliyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Azərbaycanın dövlət himninin müşayiəti ilə bayrağımız qaldırılıb.

Sonra XV Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Şaiq Həmidov milli xalçaçılıq sənətinin nümunəsi kimi nəfis şəkildə toxunmuş xalçanı Paralimpiya Kəndinin rəhbərliyinə hədiyyə edib.

XV Paralimpiya Oyunlarında Azərbaycan 24 idmançı ilə təmsil olunur. İdmanın altı - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə yarışacaq paralimpiyaçılarımızın altısı qadındır. Lisenziyaların sayı isə 41-dir.

Sentyabrın 7-də Rio-de-Janeyronun “Marakana” stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.