İDMAN


Riqa 2021-ci ildə Avropanın idman paytaxtı tituluna iddia edir

Riqa, 25 may, AZƏRTAC 

2017-ci ilin əvvəlində Riqa şəhəri Avropanın Paytaxt və İdman Şəhərləri Assosiasiyasının dəvətinə cavab olaraq 2021-ci ildə Avropanın idman paytaxtı statusu almaq üçün öz namizədliyini irəli sürüb.

Riqa Dumasının bəyanatında vurğulanır: “Riqa qədim idman ənənələrinə, dinamik idman həyatına və inkişafı davam etdirmək ambisiyalarına malik olan şəhərdir”.

2021-ci ildə Avropanın idman paytaxtı titulunu almaq üçün Riqanın zəruri təcrübəsi, resursları və motivasiyası var.

Riqa ilə yanaşı Lissabon və Haaqa şəhərləri də bu titula iddia edir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.