DÜNYA


Riqa şəhərinin əsasının qoyulmasından 815 il keçir

A+ A

Riqa, 12 avqust, AZƏRTAC 

Avqustun 12-də Riqa şəhərinin əsasının qoyulmasının 815 ili tamam olur. Riqa Gününün builki mövzusu kino ilə bağlı olduğu üçün bayram tədbirlərinin çoxu sənətin bu növünə həsr edilib. Riqa Kino Muzeyində keçiriləcək “Yanis Streyçsin Riqası” adlı tədbir məşhur kinorejissor Yanis Streyçsə həsr edilib.

Riqanın ilk kinoseansının şərəfinə Livu meydanında xatirə nişanı açılacaq. Riqalılar paytaxtın kinoteatrlarında şəhərə həsr olunmuş retrospektiv Latviya filmlərinə baxa biləcəklər. Hətta zoopark da bayramın mövzusuna hazırlaşıb: burada “Bir fincan qəhvə arxasında ağ-qara kinoya baxarkən” adlı tədbir keçiriləcək.

Latviya paytaxtının bu bayram tədbirində 50 il birlikdə yaşayan ər-arvadlar da təbrik edilir. Hər il Riqanın meri təxminən 100 ər-arvadı qızıl yubiley münasibətilə təbrik edir.

Riqanın əsasının qoyulduğu tarix 1201-ci ildən hesablanır. Lakin arxeoloji məlumatlara görə, hələ XII əsrin birinci yarısında burada insan məskənləri mövcud olub. Şəhərin adı, linqvistlərin əksəriyyətinin fikrincə, “Rīng” sözündən götürülüb ki, bu da “çayın döngəsi” mənasını verir. Şəhərin əsasını qoymuş şəxsin kimliyi barədə elmi mübahisələr aparılır. Üç yepiskopun – Bertold, Meynxard və Albert fon Appeldernin adları çəkilir. Bunlardan sonuncusunun Riqa şəhərinin əsasını qoyduğu rəsmən qəbul edilib. Bu, Dauqava sahillərinə hərbi dəstə və Livoniyanın fəth edilməsi barədə papa bullası ilə gələn yepiskop olub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.