DÜNYA
Riqada “KUBANA” festivalı keçiriləcək
Riqa, 4 avqust, AZƏRTAC
Latviyada əsas musiqi hadisəsinin başlanmasına cəmi iki gün qalır: avqustun 6-dan 9-dək Lutsavsala adasında “KUBANA” festivalı keçiriləcək. Festival əslində keçmiş SSRİ-nin pop-artistlərinin hər il toplaşdıqları Yurmalada keçirilən “Novaya volna”nı əvəz edəcək. Keçən il aydın oldu ki, Rusiyanın arzuolunmaz artistlərinin siyahısı hazırlandığı şəraitdə Latviyada “Novaya volna”nı keçirmək mümkün deyil.
AZƏRTAC xəbər verir ki, musiqi tədbirinin keçirilməsi barədə razılaşma “KUBANA”nın prodüseri İlya Ostrovski və Riqanın meri Nil Uşakov arasında əldə olunub. Festivalın dəqiq ünvanı belədir: Riqa, Lutsavsala adaları.
“KUBANA” hər il on minlərlə gözəl musiqi və təmiz havada aktiv istirahət həvəskarlarını cəlb edir.
“Mən tam yeni tarix başlayıram, demək olar ki, ağ kağız üzərindən! Bununla belə bu elə indiyədək sevilmiş həmin KUBANA olacaq”, - deyə tədbirin prodüseri İlya Ostrovski bildirib. “İnanıram ki, “KUBANA”nın yeni ünvanı seviləcək, həmçinin festivalın çoxsaylı pərəstişkarlarını yaxşı mənada təəccübləndirəcək, bizə isə yaradıcılığın yeni üfüqlərini açacaq. Əminəm ki, festival çox tezliklə ən yüksək səviyyəyə qalxacaq”.
Festivalın musiqi palitrası musiqinin istənilən istiqamətlər, o cümlədən elektron xausdan rokadək, hip-hopdan pankadək bütün sahələr üzrə pərəstişkarlarını sevindirəcək.
Proqrama Infected Mushroom, Neyromanax Feofan, Angerfist, Kill The Noise, Animal Caz, Elizium, Naiv, D12, Skindred, Leninqrad, Gus Gus, Zero People, Delfin, Trubetskoy, Lev Leşenko, HIM, Hollywood Undead, Anacondaz, Gomadi&Monster, The Bloody Beetroots, Digital Digital və başqa qrup və ifaçıların çıxışları daxildir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa