İQTİSADİYYAT


Riqada Latviya-Azərbaycan biznes forumu keçiriləcək

Bakı, 29 iyun, AZƏRTAC

İyulun 17-də Latviya Respublikasının paytaxtı Riqa şəhərində Latviya-Azərbaycan biznes forumunun keçirilməsi planlaşdırılır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, forum çərçivəsində Latviya iş adamları ilə işgüzar əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin təşkili nəzərdə tutulur. Latviyaya səfərdə iştirak etməkdə maraqlı olan sahibkarlar iyulun 7-dək AZPROMO-ya müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.