İQTİSADİYYAT


Riqada neft-qaz ticarəti və nəqli üzrə VI Baltik konfransı keçiriləcək

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 24-26-da Riqada Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə neft-qaz ticarəti və nəqli üzrə VI Baltik konfransı keçiriləcək.

Konfransın media tərəfdaşlarından biri olan AZƏRTAC xəbər verir ki, tədbirin proqramına Baltik regionunun və Şimal-Şərqi Avropanın neft və neft məhsulları bazarlarının xülasəsi və proqnozları, əsas ixrac istiqamətlərinin konyunkturasının – Amsterdam-Rotterdam-Antverpen üçbucağının təhlili, Çin, Şimali Amerika kimi arbitraj istiqamətləri daxildir.

Görüşdə regionda nəqliyyat infrastrukturunun və əməliyyat imkanlarının inkişafı – boru kəməri layihələri, dəmir yolu və dəniz daşımaları, terminallar, Şərqi Baltik ölkələrinin qaz bazarları, regionun maye qazla təchizatı haqqında aktual informasiya veriləcək. Konfrans iştirakçıları Şərqi Baltik regionunda və Şimal-Şərqi Avropada ticarət əməliyyatlarının aparılmasına dair məsələləri müzakirə edəcək, mövcud infrastrukturdan istifadənin və alternativ ticarət marşrutlarının inkişafının yeni imkanlarını dəyərləndirəcəklər.

Konfransda diskussiya xarakterli sessiyalar təşkil ediləcək. Tədbir iştirakçılarının neft sektorunun rəhbərləri ilə birbaşa ünsiyyət saxlamaq, Avropa, Rusiya və Baltik ölkələrinin neft-qaz sənayesi və dövlət qurumlarının nümayəndələri ilə informasiya mübadiləsi aparmaq imkanı olacaq. “Maye yüklərin səmərəli boşaldılıb–yüklənməsinin kommersiya və texniki aspektləri” mövzusunda ixtisaslaşdırılmış seminar da keçiriləcək.

Konfrans çərçivəsində Latviyanın Riqa və Ventspils şəhərlərində iri neftdaşıyan terminallara texniki səfərlər təşkil ediləcək. İştirakçılar terminalların texniki təchizatı ilə tanış olmaqla bərabər, bilavasitə rəhbərlərlə qeyri-rəsmi şəraitdə söhbət edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.