DÜNYA


Riqada təqribən 800 həkim xəbərdarlıq aksiyasına başlayıb

Riqa, 1 iyul, AZƏRTAC

Latviya Səhiyyə və Sosial Qulluq İşçiləri Həmkarlar İttifaqının (LSSQİHİ) təşkil etdiyi xəbərdarlıq aksiyası çərçivəsində təqribən 800 tibb işçisi uzadılmış normal iş rejimində işləməyi bu gündən dayandırıb. Bu barədə LSSQİHİ-nin sədri Valdis Keris məlumat verib.

Latviya həkimləri səhiyyənin yetərincə maliyyələşdirilməməsinə etiraz etmək niyyətindədirlər. Bu il maliyyələşdirmə ümumi daxili məhsulun cəmi 3 faizini təşkil edib.

Həmkarlar ittifaqı həkimləri bir ay ərzində könüllü olaraq qanunun icazə verdiyi və müəyyən etdiyi qaydada uzadılmış normal iş rejimində işləməyə razılaşmamağa çağırıb.

V.Keris vurğulayıb ki, həkimlərin qəbuluna düşmək üçün uzun növbələr, pasiyentlərin yüksək haqq ödəməsi və heyətin əməkhaqqısının az olması hələ də Latviya səhiyyəsinin başlıca problemləridir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.