ELM VƏ TƏHSİL
Riyaziyyat və Mexanika İnstitutunda elmi məruzə dinlənilib
Oktyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Təyyarə qanad ucluqlarının aerodinamik modeli və onun tədqiqi” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin baş elmi işçisi, professor Musa İlyasov mövzu ilə bağlı məruzə edib.
Bildirilib ki, 50 ildən çoxdur ki, eksperimental aerodinamikada qanad ucluqlarının qanadın alın müqaviməti qüvvəsinin azaldığı göstərilib və müasir təyyarələrdə bu konstruksiyalar tətbiq edilməyə başlanılıb. Alın müqaviməti qüvvəsinin azaldılması ilə yanacağa 2-7 faiz qənaət olunduğu bilinir. Ancaq bu məsələnin nəzəri tədqiqi (istər analitik, istərsə də ədədi) bu vaxtadək aparılmayıb.
Məruzədə göstərilən effektin aerodinamik modeli ilk dəfə qurulub və analitik tədqiq edilib.