ELM VƏ TƏHSİL


Riyaziyyatçı alimlərin 42 məqaləsi beynəlxalq jurnallarda dərc olunub

Bakı, 5 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda “Yeraltı anbara qaz vurulması prosesinin inteqral modelləşdirilməsi” mövzusunda seminar olub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitutunun elmi işçisi, dosent Elxan Abbasovun mövzu ilə bağlı məruzəsi dinlənilib.

Məruzədə yeraltı anbara qaz vurulması prosesinin inteqral modeli qurulub, alınmış əlaqəli tənliklərin həll üsulu göstərilib. Bunun əsasında isə qazın vurulma rejimi və tempi, həmçinin bütün vurulma periodu ərzində vurulan qazın həcmi müəyyənləşdirilib.

Qeyd edək ki, bu il Riyaziyyat və Mexanika İnstitutu alimlərinin “Thompson Reuters” agentliyinin siyahısında olan jurnallarda 42 məqaləsi dərc edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.