İQTİSADİYYAT


Robert Dadli: BP “Türk axını” layihəsinin iştirakçısı olmaq istəyir

A+ A

Bakı, 12 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Dünyanın enerji nəhənglərindən olan BP şirkəti “Türk axını” layihəsinin iştirakçısı olmaq istəyir.

AZƏRTAC xəbər verir ki, BP şirkətinin baş icraçı direktoru Robert Dadli bu fikri İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində səsləndirib.

“Trans-Anadolu qaz boru kəmərinin (TANAP) səhmdarı olmaqdan məmnunuq, “Türk axını” layihəsinin də iştirakçısı olmaq istəyirik. Çünki 16 milyard kubmetr təbii qaz avropalı istehlakçılara çatdırılacaq”, - deyə R.Dadli əlavə edib. O, təbii qazın BP-nin portfelinin 50 faizini təşkil etdiyini, qarşıdakı 10 ildə bunun 60 faizə çatdırılacağını bildirib.

İstanbulda keçirilən Dünya Enerji Konqresi çərçivəsində oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə “Türk axını” qaz boru kəməri layihəsi üzrə hökumətlərarası saziş imzalanıb. Layihə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılmasını nəzərdə tutur. Kəmərlə ötürüləcək 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.

Rusiyanın enerji nəhəngi “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk axını” qaz boru kəmərinin tikintisinə 2018-ci ildə başlanılacağını deyib. A.Miller boru kəmərinin Türkiyə ərazisindən keçəcək hissəsinin “Botaş” şirkəti tərəfindən inşa ediləcəyini bildirib. Boru kəmərinin dəniz hissəsinin tikintisi və maliyyə təminatı isə “Gazprom” tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, BP şirkəti Azərbaycan təbii qazının Türkiyəyə və oradan da Avropaya nəqlini nəzərdə tutan TANAP layihəsində 12 faiz paya malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.