İQTİSADİYYAT


Robert Dadli: Neftin qiymətləri beş il ərzində bir barrel üçün 50-60 dollar civarında qalacaq

Bakı, 3 iyun, AZƏRTAC

Neftin qiymətləri yaxın beş ildə bir barrel üçün 50-60 dollar civarında qalacaq.

AZƏRTAC xəbər verir ki, bunu BP-nin başçısı Robert Dadli Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində TASS agentliyinə müsahibəsində bəyan edib.

R.Dadli deyib: “Əlbəttə, qısa zaman ərzində qiymətlərdə azalma və çoxalma ola bilər. Amma indiki məqamda, əgər tələb və təklif barədə soruşursunuzsa, mən deyərdim ki, 50-60 dollardır. Mən yaxın beş ildə 100 dollar görəcəyimizi (bir barrel üçün –red.) düşünmürəm və düşünmürəm ki, 20 dollar görəcəyik. Düşünürəm ki, 50-60 dollar civarında qiymət həm istehlakçılar, həm də hasilatçılar üçün yaxşıdır. Yaxın beş ildə 50-60 dollar arasında qiymət BP-yə əl verir. Zənnimcə, bu, bütün dünya üçün ən sağlam qiymətdir”.

R.Dadli BP-nin Vyana sazişini imzalamış ölkələrdəki layihələrində hasilatın azalması ilə bağlı suala cavab verərək deyib: “Bir qədər azaldıblar və bu da təbiidir. Məsələn, biz hasilatı azaldan “Rosneft”in səhmdarıyıq. Azərbaycanda, Yaxın Şərq ölkələrində, məsələn, Birləşmiş Ərəb Əmirliklərində hasilatı azaldırıq. Ehtimal ki, İraqda da azaldacayıq. Əlbəttə, azalma bizə təsir edir, amma o cüzidir. Bundan əlavə, neftin qiymətləri hazırda sazişə qədər olduğundan yüksəkdir. Bu da hasilatın azalmasını kompensasiya edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.