İDMAN


Robert Levandovskiyə Rumıniyada fişəng atılıb

A+ A

Bakı, 12 noyabr, AZƏRTAC

2018-ci il dünya çempionatının Avropa üzrə seçmə mərhələsinin IV turunda Rumıniya və Polşa komandaları arasında keçirilmiş görüşdə qonaqların futbolçusu Robert Levandovski təhlükə ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, hücumçunun olduğu yerə fişəng atılıb.

Levandovski oyunun 54-cü dəqiqəsində baş hakimə yerə atılan fişəngi göstərən zaman kiçik partlayış olub və futbolçu yerə yıxılıb. Həkimlərin müdaxiləsindən sonra forvard oyuna qoşula bilib.

Görüş Polşanın 3:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb. Qollardan ikisi Levandovskinin aktivinə yazılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.