İDMAN


Robert Prosineçki: Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyirik

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Hər iki komandanı böyük oyun gözləyir. Bu günə kimi qrupda 3 oyun keçirmişik, məğlub olmamışıq. Bu, futbolçuların oyuna motivasiyasını yüksəldən amildir.

AZƏRTAC xəbər verir ki, bu sözləri dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki mətbuat konfransında deyib.

Xorvatiyalı baş məşqçi deyib ki, Şimali İrlandiyaya vaxt keçirməyə gəlməmişik. Öz oyunumuzu göstərməyə çalışacağıq. Şimali İrlandiya yığması güclü komandadır. Futbolçuların əksəriyyəti İngiltərə komandalarında oynayır. Yığma son Avropa çempionatının iştirakçısıdır. Oyuna yaxşı hazırlaşmışıq. Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyirik. Yeganə itkimiz Rəşad Sadıqovdur. Dizindən zədə alıb, oynaya bilməyəcək. Digər 23 futbolçunun hamısı oyuna hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.