İDMAN


Robert Prosineçki “Qarabağ”–“Neftçi” matçını izləyəcək

A+ A

Bakı, 20 avqust, AZƏRTAC 

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasını diqqət mərkəzində saxlayır.

AZƏRTAC xəbər verir ki, xorvatiyalı mütəxəssis çempionatın üçüncü turunun daha bir görüşünü izləyəcək.

Ötən gün “İnter” ilə “Kəpəz” (2:2) arasında oynanılmış qarşılaşmanı seyr edən R.Prosineçki avqustun 21-də “Qarabağ”–“Neftçi” matçında da iş başında olacaq. O, əzəli rəqiblərin “Əlincə” stadionunda keçiriləcək matçını tribunadan izləyəcək.

Qeyd edək ki, “Qarabağ”–“Neftçi” görüşü saat 20:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.