İDMAN
Robert Prosineçki: “Qarabağ”ın oyununu canlı izləmək mənim üçün vacib idi
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan Robert Prosineçki UEFA Avropa Liqasında keçirilmiş “Sent-Etyen” – “Qarabağ” qarşılaşmasını izləyib və bununla bağlı affa.az saytına fikirlərini bildirib.
Robert Prosineçki deyib: “Azərbaycan futbolu və futbolçuları ilə daha yaxından tanış olmaq baxımından bu oyunu izləmək mənim üçün vacib idi. Yaxşı və maraqlı oyun oldu. Komanda birinci hissədə daha yaxşı çıxış etdi və heyətdəki azərbaycanlı futbolçuların yaxşı oyunu məni sevindirdi. Şadam ki, bu oyunu canlı izlədim. Tanışlıq xarakterli fəaliyyətimi davam etdirmək məqsədilə Fransadan Bakıya dönəcək və Topaz Premyer Liqasının XIV turunda keçiriləcək bəzi oyunları izləməyə çalışacağam”.