İDMAN


Robert Prosineçki: Qarşıdakı oyunları düşünməliyik

A+ A

Bakı, 12 noyabr, AZƏRTAC 

Üç qoldan sonra oyunumuzu tapa bilmədik. Buna baxmayaraq, irəli baxmalıyıq. Qarşıdakı oyunları düşünməliyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə dünya çempionatının seçmə mərhələsində keçirilmiş Şimali İrlandiya–Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı baş məşqçi deyib: “Problem onda idi ki, ilk 3 qolda standart vəziyyətlərdə lazımi qədər diqqətli olmadıq. İkinci hissədə öz oyunumuzu sərgiləməyə çalışdıq. Amma alınmadı. Sonda güclü komanda qalib gəldi. Bəlkə 4 qol çoxdur. Amma işimizi davam etdirməliyik. Bu rəqib gələn il Bakıya gələcək. Həmin oyun sıfırdan başlanacaq. Çalışacağıq ki, nəticə daha yaxşı olsun. 0:4 hesabı ilə uduzmağımıza baxmayaraq, top saxladıq, ötürmələr verdik. Rəqibin üstün tərəflərini bilirdik. Biz hələ 4 oyun keçirmişik, 3-ü səfərdə olub. Bu günədək gördüyümüz işlərdən razıyıq. Hələlik 4 oyundan 7 xal yığmışıq. İşimizi davam etdirəcəyik”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.