İDMAN


Robert Prosineçki: “Qəbələ”dən ehtiyatlanmaq lazımdır

A+ A

Bakı, 17 avqust, AZƏRTAC 

“Qəbələ” futbol klubunun Azərbaycanda azarkeşləri çoxdur. Ola bilər ki, sizin üçün naməlum komandadır. Amma onlar ötən mövsüm pley-off mərhələsində “Panatinaikos” kimi güclü klubu mübarizədən kənarlaşdırıblar. “Qəbələ”dən ehtiyatlanmaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Sloveniya mətbuatına verdiyi açıqlamasında deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, Roman Qriqorçuk “Qəbələ”də ağır və nizam-intizamlı müdafiə xətti ilə seçilən gözəl bir komanda yaradıb. Bu komanda Avropa Liqasının play-off mərhələsində “Maribor”a çətinlik yaradacaq. “Qəbələ” ilə qarşılaşma heç də asan olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.