İDMAN


Robert Prosineçki: Yüksək əhval-ruhiyyədə San-Marino yığması ilə oyunu gözləyirik

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC 

Hazırlıq çox yaxşı keçir. Artıq 8 gündür ki, birlikdəyik. Düzdür, bütün oyunçular əvvəldən bizimlə birlikdə deyildi, ancaq istənilən halda, prosesin gedişindən məmnunam.

AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək San-Marino yığması ilə oyunla bağlı fikirlərini bildirərkən deyib.

Xorvatiyalı baş məşqçi deyib: “Təəssüf ki, Bədavi Hüseynov və Ruslan Abışov zədə səbəbindən bizimlə birlikdə ola bilməyəcək. Yüksək əhval-ruhiyyədə San-Marino yığması ilə oyunu gözləyirik. Futbolda hər cür nəticə ilə qarşılaşmaq olar. Biz səfərə qələbə üçün gedirik. Komandama inanıram”.

Qeyd edək ki, San-Marino – Azərbaycan oyunu sentyabrın 4-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.