DÜNYA


Robert de Niroya “Saraybosniyanın ürəyi” mükafatı veriləcək

A+ A

Bakı, 9 avqust, Ceyhun Alışlı, AZƏRTAC

Bu il Bosniya və Herseqovinada keçirilməsi nəzərdə tutulan 22-ci Saraybosniya Film Festivalının tarixi açıqlanıb.

AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla məlumat verir ki, festivalın açılış mərasimi avqustun 12-də olacaq. Həmçinin festival çərçivəsində veriləcək “Saraybosniyanın ürəyi” mükafatına sahib olan aktyorun adı da açıqlanıb. Bu, dünya şöhrətli amerikalı aktyor Robert de Nirodur. Mükafat aktyora festivalın açılış mərasimində təqdim olunacaq.

Qeyd edək ki, bu mükafata bundan əvvəl dünya şöhrətli aktyorlar Ancelina Coli, Benicio Del Toro, Gael Garcia Bernal, Stiv Buscemi, Atom Egoyani, Jafar Panahi, Mike Lay, Bəl Tarr və Danis Tanovic layiq görülüb.

Festival avqustun 20-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.