İQTİSADİYYAT
Robin Danniqan: ABŞ Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlıdır
Bakı, 23 fevral, Nihad Budaqov, AZƏRTAC
ABŞ Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 23-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısına həsr olunan mətbuat konfransında ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan deyib.
O qeyd edib ki, ABŞ nümayəndə heyətinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirakı yeni hökumətin də “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyini nümayiş etdirir: "ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə öz dəstəyini bundan sonra da davam etdirəcək. Əminəm ki, bu layihə Avropa ilə yanaşı, qlobal enerji təhlükəsizliyinə də öz töhfəsini verəcək".