ELM VƏ TƏHSİL


Robot bəstəkarlıq edir

Bakı, 22 iyun, AZƏRTAC 

ABŞ-ın Corciya ştatının Texnologiya Universitetinin tədqiqatçılar qrupu bəstəkarlığı bacaran “Şimon” adlı robot yaradıb. Robot neyron şəbəkələr və dərin təlim texnologiyaları sayəsində Malayziyanın zərb musiqi aləti marimbada ifa etməklə yanaşı, musiqi bəstələyə bilir. Bunun üçün robot müxtəlif stil və istiqamətlərə aid iki milyondan çox melodiyanın yer aldığı musiqi kitabxanasını “araşdırıb”, beş mindən çox musiqi əsərini “dinləyib”. Beləliklə, “Şimon” ona bəstəkar karyerasına başlamağa imkan verən “musiqi təhsili” alıb.

AZƏRTAC techcult.ru saytına istinadla xəbər verir ki, robotun musiqi bacarıqları getdikcə inkişaf etdirilir. Belə ki, tədqiqatçılar onu müxtəlif musiqi informasiyası ilə təmin edirlər. “Şimon” sekvensiyalar və improvizasiya daxil olmaqla musiqinin texnikasına yiyələnir. Artıq müəyyən stil haqqında danışmaq olar. “Şimon” klassik musiqi və cazın sintezi olan “fusion” stilini daha çox bəyənir.

Əldə etdiyi müəyyən uğurlara baxmayaraq, demək olmaz ki, “Şimon” Bethoven və ya Bax kimi bəstəkarlarla rəqabət apara bilir. Lakin şou-biznes üçün musiqi bəstələyənlərin narahatlığına əsas var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.