DÜNYA


Robot tozsoran ev sahibinə mənzili barədə məlumat verəcək

Bakı, 1 avqust, AZƏRTAC 

Mütəxəssislərin fikrinə görə, robot tozsoran mənzil haqqında məlumatları əldə etmək və ev sahibinə ötürmək üçün əla üsuldur.

AZƏRTAC globalscience.ru saytına istinadla xəbər verir ki, aparıcı şirkətlərin təqdim etdiyi müasir tozsoran modelləri Wi-Fi şəbəkəsinə asan qoşulur, sonra isə məlumatların toplanması və ötürülməsini həyata keçirir.

“IRobot” şirkətinin aparıcı eksperti Kolin Enql bildirib ki, onların təqdim etdiyi avtomatlaşdırılmış tozsoranlar qəribə funksional qabiliyyətlərə malik unikal qurğulardır. Tozsoran informasiyanın toplanması və ötürülməsi ilə yanaşı, təmizləmə işlərini də mükəmməl şəkildə yerinə yetirir.

Yaxın gələcəkdə alimlər robot tozsoranın köməyi ilə eksperimental tədqiqat aparmağı da planlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.