ELM VƏ TEXNOLOGİYA


Robot vasitəsilə mürəkkəb göz əməliyyatı

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Oksford Universitetinin cərrahları gözdə cərrahiyyə əməliyyatı aparmaq üçün ilk dəfə məsafədən idarə olunan yeni robotdan istifadə ediblər. Bu robot insana xas olmayan yüksək dəqiqlik nümayiş etdirib.

AZƏRTAC “Naked Science” resursuna istinadla xəbər verir ki, ilk dəfə məsafədən idarə olunan robot vasitəsilə xəstənin gözünün torlu qişası üzərində kiçik xəstə nahiyənin kəsilib götürülməsi üzrə əməliyyat keçirilib. Oxşar əməliyyatı eyni dəqiqliklə keçirmək üçün adi cərrah nəfəs almamalı və öz ürəyinin vurmasını dayandırmalıdır. Çünki hətta ən kiçik tərpənmə əməliyyatı uğursuz edə bilərdi.

Cərrahlar özündə bir-birindən asılı olmayan, idarə edilə bilən yeddi motordan ibarət robotlaşdırılmış torlu qişanın yarılması qurğusundan istifadə ediblər. Bu, 1000 millimetrədək dəqiqliyə nail olmağa imkan verib. Qurğu xəstənin gözünün içinə təxminən bir millimetr ölçüdə dəlikdən daxil olub.

Əməliyyat yeni robot üçün ümumilikdə müxtəlif problemli 12 xəstənin iştirak edəcəyi sınağın ilk mərhələsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.