DÜNYA


Robotlar öz biliklərini digər robotlarla paylaşırlar

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

“Google” şirkəti son zamanlar "bulud robot texnikası" sahəsində işlər aparır.

"Bulud robot texnikası"nın əsasını neyroşəbəkə təşkil edir və o, yerinə yetirilən əməliyyatların ardıcıllığını müəyyən edərək yadda saxlayır, həmçinin avtomatlaşdırma prosesinə və informasiyanın ötürülməsinə cavabdehdir. Neyron şəbəkələri əsasında işləyən robotlara istənilən tapşırıq vermək olar və süni beyin öz həll yollarını tapacaq. Bu əməliyyatların bir neçə dəfə icrasından sonra robot optimal alqoritm hazırlayaraq onu başqa robotlara ötürəcək. Beləliklə, təkmilləşdirmə prosesi davam edəcək.

AZƏRTAC “hi-news.ru” saytına istinadən xəbər verir ki, “Google Research” şirkətinin alimləri öz alqoritmlərini müxtəlif tapşırıqları yerinə yetirən robotlar üzərində sınaqdan keçiriblər.

Birinci halda robot qapının açılmasına xeyli vaxt sərf edib. Amma sonrakı robotlar bu alqoritmdən istifadə edərək qapını asanlıqla açıblar.

Sini ilə bağlı təcrübədə robotlar bir neçə saat ərzində predmetlər arasında əlaqələri öyrəniblər (məsələn, çaynik - fincan - şəkər: insanlara bu əlaqə məlumdur, robotlar isə öyrənməli olublar).

Ən maraqlı anlardan biri robotlardan birini tamamilə başqa tipli cəftəyə malik qapını açmağa məcbur etdikdə onun bu tapşırığın öhdəsindən gəlməsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.