DÜNYA


Rokfeller ailəsi neft bazarından çıxır

A+ A

Bakı, 29 mart, Nihad Budaqov, AZƏRTAC 

Neft sənayesinin formalaşmasında mühüm rol oynayan məşhur Rokfeller ailəsi kömür, neft-qaz və karbohidrogen ehtiyatlarına yönələn sərmayələrini geri götürəcəyini açıqlayıb.

AZƏRTAC “Rockefeller Family Fund”a istinadla xəbər verir ki, fond ekoloji faktorları və iqlim dəyişikliyini əsas götürərək neft şirkətlərindəki səhmlərini satışa çıxaracaq.

Con Devison Rokfellerin XIX əsrdə qurduğu “Standard Oil” şirkətində, bugünkü adı ilə “ExxonMobil”də Rokfeller Ailə Fondunun sahibi olduğu səhmlər isə yaxın zamanda satılacaq.

Qeyd edək ki, 1870-ci ildə qurulan “Standard Oil” şirkəti XX əsrin əvvəllərində neft sənayesinin ən güclü aktyoru olduqdan sonra ABŞ Konstitusiya Məhkəməsinin qərarı ilə daha kiçik şirkətlərə bölünüb. Yaradılan “Standard Oil of New Jersey” şirkətinə “Exxon” adı, “Standard Oil of New York”a isə “Mobil” adı verilib. Bu iki şirkət isə 1999-cu ildə birləşərək “ExxonMobil” olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.