DÜNYA


“Roknrol kralı”nın təyyarəsi 430 min dollara satılıb

Bakı, 28 may, AZƏRTAC

“Rok-n-rol kralı” Elvis Preslinin şəxsi təyyarəsi 430 min dollara satılıb.

AZƏRTAC xəbər verir ki, təyyarə 35 il istifadəsiz qaldıqdan sonra hərraca çıxarılıb. Bu barədə Associated Press agentliyi məlumat yayıb. Hərracın təşkilatçısı olan GWS Auctions şirkəti alıcının adını açıqlamayıb.

Təyyarənin interyerini Elvis Presli özü dizayn edib. Əsasən qırmızı və qızılı rənglərdən ibarət olan salonun və ümumilikdə təyyarənin özünün hazırda bərpaya ehtiyacı var.

Elvis Presli XX əsrin ən tanınan simalarından biri olub. Musiqisi ilə milyonların ürəyini fəth edən müğənni 1977-ci ildə 42 yaşında dünyasını dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.