İDMAN


Roller və skeytbord üzrə Bakı turnirinin qalibləri müəyyənləşib

Bakı, 5 iyun, AZƏRTAC

Roller və skeytbord üzrə Bakı turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Respublika Velotrekində baş tutmuş turnir Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən təşkil olunub.

Yarışda 14 yaşlı və daha yuxarı təvəllüdlü oğlanlar mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Vaqif Mirzəyev qalib adını qazanıb. Fuad Dadaşov yarışı ikinci, Vüqar Gülbala isə üçüncü pillədə başa vurublar.

Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, roller və skeytbord idman növünün təbliği və inkişaf etdirilməsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.