İDMAN


“Roma”–“Astra” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC 

Futbol üzrə UEFA Avropa Liqasının “E” qrupunda sentyabrın 29-da “Stadio Olimpico”da keçiriləcək “Roma” (İtaliya)–“Astra” (Rumıniya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.