DÜNYA


Roma Papası Fransisk ilə Donald Trampın görüşü yarım saat çəkib VİDEO

Bakı, 24 may, AZƏRTAC

Roma Papası Fransisk ilə ABŞ Prezidenti Donald Trampın Vatikanın Apostol sarayında keçirilən görüşü təxminən 30 dəqiqə davam edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ Prezidenti pontifikin görüşünə Amerika heyətinin 12 nümayəndəsi ilə gəlib. Onun həyat yoldaşı Melanya və qızı İvanka Vatikan kanonlarına görə qara libas geyinib və başlarını yaylıqla örtüblər. Mərasim Vatikanın dövlət televiziyası ilə canlı yayımlanıb.

Fransisk və Trampın Apostol kitabxanasında 30 dəqiqəlik görüşündən sonra hədiyyə mübadiləsi olub. Prezident və pantifik arasında görüşün təfərrüatları barədə məlumat verilmir.

Sonra ABŞ Prezidenti Vatikanın dövlət katibi kardinal Petro Parolinlə görüşüb.

Trampın proqramında növbəti səfəri Kvirinal sarayına olacaq və o, burada İtaliya prezidenti Serco Mattarella ilə, Amerika səfirinin iqamətgahında isə Baş nazir Paolo Centiloni ilə görüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.