SİYASƏT


Roma Papası Şəhidlər xiyabanını ziyarət edib

A+ A

Bakı, 2 oktyabr, AZƏRTAC

Roma Papası Fransisk oktyabrın 2-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, burada Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Papa Fransisk Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Müqəddəs Taxt-Tacın və Azərbaycan Respublikasının himnləri səslənib.

Roma Papasına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.