İDMAN


Roma Papasının şərəfinə keçirilən yoldaşlıq matçı argentinalı futbol ulduzlarının mübahisəsi ilə yadda qalıb

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC 

Roma Papası Fransiskin istəyi ilə futbol üzrə Romada keçirilən yoldaşlıq oyununda insident yaşanıb.

AZƏRTAC xəbər verir ki, oyunda əfsanəvi argentinalı futbolçular Dieqo Maradona ilə Sebastian Veron arasında mübahisə baş verib. Oyunun ilk hissəsi başa çatandan sonra Maradona Verona tərəf gedərək əsəbi şəkildə danışmağa başlayıb. Hər iki veteran futbolçunun əsəbi olduğunu görən mühafizə xidmətinin əməkdaşları Maradonanı sakitləşdirməyə çalışıb və onu paltardəyişmə otağına aparıblar. Səksən dəqiqə davam edən matçdan sonra tərəflər mübahisə ilə bağlı danışmaq istəməyiblər.

“La Gazzetta dello Sport” Maradonanın Verona ispanca təhqiredici ifadələr söylədiyini iddia edib. Argentinalı jurnalistlər isə Maradonanın Veronu bu oyunda görmək istəmədiyini bildirib.

Bu, Maradonanın yoldaşlıq görüşlərində etdiyi ilk qalmaqal deyil. O, Roma Papasının iki il əvvəl təşkil etdiyi oyunda da həmyerlisi Mauro İkardi ilə mübahisə etmişdi. Bundan başqa, Kolumbiyada təşkil olunan daha bir oyunda Maradona operatorlara sərt reaksiya verib və mühafizə xidmətinin əməkdaşını təpikləmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.