Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Romada Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının 4-cü iclası keçirilib VİDEO

Bakı, 14 iyun, AZƏRTAC

Roma şəhərində, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə komissiyanın həmsədri, energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif dövlət qurumlarını təmsil edən nümayəndə heyəti iştirak edib.

Tədbirdə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni, İtaliya Nazirlər Şurasının katibi Klaudio De Vinçenti, xarici işlər və digər nazirliklərin yüksək vəzifəli şəxsləri iştirak ediblər. Komissiyanın iclasına Azərbaycanın energetika naziri Natiq Əliyev və İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova həmsədrlik ediblər.

Tədbiri açan nazir Paolo Centiloni çıxışında Azərbaycanı İtaliya üçün Cənubi Qafqazda istinad ölkəsi kimi xarakterizə edib. O, Azərbaycanın geosiyasi baxımdan strateji mövqeyə və böyük iqtisadi potensiala malik, Asiya ilə Avropanı birləşdirən açar ölkə, İtaliyanın isə təbii tərəfdaşı olduğunu vurğulayıb.

Nazir İtaliya ilə Azərbaycan arasında münasibətlərin son illərdə inkişaf etdiyini bildirib, qarşılıqlı çoxsaylı səfərləri, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü və 2015-ci illərdə İtaliyaya səfərlərini qeyd edib. O, İtaliya tərəfinin Azərbaycana rəsmi səfərləri artırmaq istəyini bəyan edərək növbəti aylarda özünün Azərbaycana səfər edəcəyini söyləyib.

İtaliya-Azərbaycan tərəfdaşlığının gücləndirilməsində Trans-Adriatik qaz boru kəməri layihəsinin əhəmiyyətinə toxunun nazir bu layihənin İtaliya milli iqtisadiyyatı üçün strateji dəyərə malik olduğunu və bu kəmərlə 2020-ci ildə Azərbaycan qazının İtaliyaya çatdırılacağını deyib.

Ötən il qarşılıqlı ticarət dövriyyəsinin 5 milyard avro olduğunu bildirən nazir İtaliyanın Azərbaycana öz ixracatını artırmaq, bununla da ticarət dövriyyəsindəki qeyri-tarazlığı aradan götürmək istəyini qeyd edib. İki ölkə arasında iqtisadi əməkdaşlığın yalnız enerji sektoru ilə məhdudlaşmamalı olduğunu, müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu deyən nazir P.Centiloni növbəti illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və ölkənin iqtisadi inkişafında yeni dinamikanın təmin olunması üçün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı son sərəncamlar və müəyyən etdiyi yol xəritəsini xüsusi qeyd edib. İki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafının da əhəmiyyətinə toxunan nazir bu sahəyə Azərbaycan tərəfindən, xüsusilə də Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqəti vurğulayıb.

Qafqazda sülh və sabitliyin bərqərar olması, Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv və səmərəli əməkdaşlıq üçün İtaliyanın çalışmalı olduğunu qeyd edən nazir P.Centiloni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün ölkəsinin Almaniyanın ATƏT-in sədri kimi səylərini dəstəklədiyini və İtaliyanın 2018-ci ildə ATƏT-ə sədr seçiləcəyi təqdirdə münaqişənin həlli üçün öz səylərini əsirgəməyəcəyini əminliklə bildirib. O, Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv və səmərəli əməkdaşlıq üçün İtaliyanın çalışmalı olduğunu vurğulayıb.

Energetika naziri Natiq Əliyev Azərbaycan və İtaliya arasında əlaqələrin hazırkı vəziyyətindən danışıb, ikitərəfli yüksək səviyyəli səfərlərin, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərlərinin, habelə 2014-cü ildə iki ölkənin hökumətləri arasında qəbul olunmuş strateji tərəfdaşlıq haqda Birgə Bəyannamənin əhəmiyyətini vurğulayıb. Azərbaycanın iqtisadi potensialı barədə məlumat verən nazir ölkəmizdə xarici sərmayələr üçün əlverişli iqlim, İtaliya şirkətlərinin fəaliyyəti, habelə müxtəlif sektorlarda iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar haqqında danışıb. O, TAP layihəsinə toxunaraq onun böyük iqtisadi əhəmiyyətə malik olduğunu, bütövlükdə “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 45 milyard ABŞ dolları investisiya nəzərdə tutulduğunu və bu layihənin bütünlükdə Avropanın enerji siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. Nazir Azərbaycanın qədim İpək yolunun bərpası və Şimal-Cənub dəhlizi kimi strateji nəqliyyat yolları üzərində yerləşdiyini deyib, bu xüsusda ölkəmizdə həyata keçirilən mühüm nəqliyyat və infrastruktur layihələri barədə məlumat verib. Natiq Əliyev, həmçinin Ermənistanın cari ilin aprel ayında Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatların Azərbaycan tərəfindən lazımınca cavablandırıldığını bildirib. O, ölkəmizin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, lakin Ermənistanın bu kimi təxribatlarını davam etdirəcəyi təqdirdə Azərbaycanın öz torpaqlarını geri qaytarmaq üçün hər bir vasitədən istifadə edəcəyini deyib.

İtaliya Nazirlər Şurasının katibi Klaudio De Vinçenti çıxışında İtaliya və Azərbaycan arasında əlaqələrin stabil olaraq inkişaf etdiyini və möhkəmləndiyini bildirib, yerləşdikləri bölgələrdə vacib əhəmiyyətə malik olan bu iki ölkənin əlaqələrini uzaqgörənlik nümunəsi kimi xarakterizə edib. Azərbaycana çoxsaylı səfərlərini xatırladan İtaliya hökumətinin nümayəndəsi son olaraq cari ilin fevral ayının sonunda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ikinci iclasında iştirak məqsədilə Bakıda olduğunu bildirib. Şuranın katibi TAP-ın strateji əhəmiyyətli bir layihə olduğunu qeyd edib.

Komissiyanın İtaliya tərəfdən həmsədri, xarici işlər nazirinin müavini Benedetto Della Vedova ikitərəfli əlaqələrdən, Azərbaycanın İtaliya üçün əhəmiyyətindən, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin italyan şirkətləri üçün yaratdığı imkanlardan bəhs edib.

Komissiyanın iclasında hər iki ölkənin dövlət qurumlarının nümayəndələri də çıxış ediblər. Azərbaycan tərəfdən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, gənclər və idman nazirinin müavini İntiqam Babayev, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov, Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fariz Rzayev, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə, Dövlət Neft Fondunun nümayəndəsi Ziya Kəngərli çıxış ediblər.

İtaliya tərəfdən dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Saipem, Snam, Maire Technimont kimi Azərbaycanla əməkdaşlığı olan şirkətlərin rəhbərləri, eyni zamanda, SACE, SİMEST, Depozitlər və Kreditlər Fondu kimi maliyyə qurumlarının nümayəndələri də çıxış ediblər.

Yekunda həmsədrlər tərəfindən iclasın protokolu imzalanıb.

Komissiyanın iclası ilə yanaşı, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində hər iki ölkənin aparıcı şirkətlərinin də qatıldığı Azərbaycan-İtaliya biznes forumu keçirilib. Biznes forumda İtaliya və Azərbaycan tərəfdən 200-ə yaxın şirkətin nümayəndələri iştirak ediblər.

Biznes forumu nazir Natiq Əliyev və İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova açıblar. Tədbirdə Azərbaycanın iqtisadi imkanları, biznes mühiti və xarici sərmayədarlar üçün ölkədə yaradılan şərait, enerji, infrastruktur, kənd təsərrüfatı sahələrində mövcud imkanlar, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə təqdimatlar keçirilib. Sonda iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib.

Həmin gün nazir Natiq Əliyevin İtaliya Nazirlər Şurasının katibi Klaudio De Vinçenti, iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşləri keçirilib. Hər iki görüşdə hökumətlərarası komissiyanın 4-cü iclasının yekunları müzakirə olunub, habelə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın cari vəziyyəti, əlaqələrin genişləndirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Romada Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının 4-cü iclası keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub