MƏDƏNİYYƏT


Romada Azərbaycanın müasir memarlıq abidələrinə həsr olunan sərgi nümayiş etdirilib

Roma, 13 may, AZƏRTAC

Mayın 11-12-də Romanın “Auditorium della Tecnica” sarayında İtaliyanın “Road To Green 2020” QHT-sinin təşkilatçılığı ilə “Gələcəyin şəhəri” (“La Citta del Futuro”) adlı tədbir keçirilib.

Şəhərlərin davamlı inkişafına həsr olunmuş tədbirdə Azərbaycanın müasir memarlığı haqqında ətraflı məlumat verilib, memarlıq abidələri ilə bağlı sərgi təşkil edilib.

Tədbirdə Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Zaur Qədiməliyev çıxış edərək Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, ənənələri, sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən önəmli memarlıq layihələri, o cümlədən mədəni irsin qorunması sahəsində əldə edilmiş uğurlar haqqında məlumat verib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, memar Fərid Əliyev Bakının müasir memarlıq nümunələri haqqında təqdimatla çıxış edib. O, tədbir iştirakçılarına “Bakı Ağ Şəhər”, Böyükşor gölünün bərpası, Bakı Olimpiya Stadionun inşası layihələrinin konsepsiyası, texniki tərəfləri barədə ətraflı məlumat verib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.