Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Romada Hafiz Paşayevin italyan dilində “Bir səfirin manifesti” kitabının təqdimatı olub VİDEO

Roma, 5 fevral, AZƏRTAC

Azərbaycanın xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev İtaliyada səfərdə olub. Səfər çərçivəsində bir sıra görüşlər keçirən H.Paşayev müəllifi olduğu, “Sandro Teti” nəşriyyat evində italyan dilində çapdan çıxmış “Bir səfirin manifesti” kitabının təqdimatında iştirak edib.

Azərbaycanın bu ölkədəki səfirliyinin və İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyətinin (SİOİ) birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan diplomatiyasının tarixi və gələcəyi” mövzusundakı konfrans çərçivəsində baş tutan təqdimatda diplomatlar, ictimai xadimlər, siyasi, elmi dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, Romada təhsil alan azərbaycanlı tələbələr və başqaları iştirak ediblər.

Konfransın moderatoru, “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti Azərbaycan diplomatiyasının bütün xüsusiyyətlərini əks etdirən kitabın müəllifinə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan ilə bağlı nəşrlərin italiyalı oxuculara təqdim olunması bu ölkəni daha yaxından tanımaq imkanı yaradır.

Tədbirdə çıxış edən SİOİ-nin prezidenti, İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini italiyalı oxucuların Azərbaycan diplomatiyası haqqında məlumatlandırılması baxımından kitabın önəmini vurğulayıb. Ötən ay Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və rəhbərlik etdiyi qurumun birgə təşkilatçılığı ilə keçirilmiş tədbiri xatırladan F.Frattini bu cür təşəbbüslərin ölkələrimiz arasında mövcud yüksək səviyyəli əlaqələrin göstəricisi olduğunu vurğulayıb. O deyib: “Regionda mühüm aktor olan Azərbaycan təkcə enerji sahəsində deyil, stabilliyin qorunub saxlanılmasında da vacib rol oynayır. Eyni zamanda, bu ölkə multikultural dəyərlərin təbliğində də əhəmiyyətli təsirə malikdir”.

Nəşr haqqında fikirlərini bölüşən F.Frattini kitabın təkcə peşəkar diplomatlarda deyil, həm də geniş oxucu kütləsində ciddi maraq doğuracağına əminliyini bildirib.

H.Paşayev çıxış edərək “Bir səfirin manifesti”nin ərsəyə gəlməsinin tarixçəsindən söhbət açıb, nəşrdə real faktlarla yanaşı öz daxili hisslərini və düşüncələrini qələmə aldığını bildirib. Müstəqilliyinin bərpasından sonra Azərbaycanın ABŞ-da ilk səfiri olduğunu xatırladan H.Paşayev diqqətə çatdırıb ki, kitabda bu iki ölkə arasında münasibətlərin yaranması və inkişafına dair mülahizələr toplanıb. O vurğulayıb ki, yaxşı diplomat ilk növbədə ölkəsinin güclü təbliğatçısı olmalıdır. Səfirlər öz memuarlarını qələmə almaqla gələcək diplomatlar üçün dəyərli vəsait hazırlamış olurlar. Cənubi Qafqaz regionundakı siyasi mənzərəni təhlil edən H.Paşayev Ermənistan-Azərbaycan münaqişəsini bölgədə birliyə və inkişafa mane olan əsas amil kimi dəyərləndirib.

NATO Müdafiə Kolleci Fondunun direktoru, kitabın ön sözünün müəllifi, analitik Alessandro Politi əsərin təkcə siyasi və tarixi nöqteyi-nəzərdən deyil, eyni zamanda, həyati məqamları əks etdirməsi baxımından da böyük maraq kəsb etdiyini bildirib. Vurğulayıb ki, nəşrdə diplomatların yararlana biləcəyi bir çox dəyərli məlumatlar yer alıb. Kitab diplomatiya sahəsində uğurlu karyera qurmaq istəyən gənc nəsil üçün önəmli vəsaitdir.

Konfransda, həmçinin Azərbaycan-İtaliya əlaqələrinin inkişafı, ölkəmizin multikultural mühitə malik bir məkan olması, Azərbaycan diplomatiyasının uğurları və digər məsələlər diqqət mərkəzində saxlanılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində H.Paşayev İtaliyanın xarici işlər nazirinin müavini Benedetto Della Vedova və İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü olan deputatlarla fərdi görüşlər keçirib.

Görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar, təhsil sahələrində əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, TAP layihəsi, Ermənistan-Azərbaycan münaqişəsi, elmi institutlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycan-İtaliya münasibətlərinin dərin tarixi köklərə əsaslanması, İtaliyanın ölkəmizin Avropada önəmli strateji tərəfdaşı olması xüsusi vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş potensial var.

Milanın Bokkoni, Romadakı La Sapienza universitetlərində olan H.Paşayev ali təhsil ocaqlarının fəaliyyəti ilə yaxından maraqlanıb. Universitetlərin rəhbər şəxsləri ilə keçirilmiş görüşlərdə ölkələrimizin təhsil müəssisələri, elmi dairələri arasında sürətlə inkişaf edən əlaqələrin məmnunluq doğurduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, “ADA” Universiteti İtaliyanın bir sıra təhsil ocaqları ilə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində tələbələrin qarşılıqlı səfərlərinin təşkili, tələbə və təcrübə mübadiləsinin həyata keçirilməsi önəmli addımdır. La Sapienza Universitetində keçirilmiş görüşdə “İtaliyanın La Sapienza Universiteti ilə Azərbaycanın “ADA” Universiteti arasında mədəni və elmi əməkdaşlığa dair” Saziş imzalanıb. Sənədi H.Paşayev və La Sapienza Universitetinin prorektoru Antonello Biacini imzalayıblar.

Səfər çərçivəsində, həmçinin İtaliya Kosmik Agentliyində olan H.Paşayevə müəssisənin fəaliyyəti ilə bağlı geniş məlumat verilib.

İtaliya kütləvi informasiya vasitələri səfəri diqqət mərkəzində saxlayıblar.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Romada Hafiz Paşayevin italyan dilində “Bir səfirin manifesti” kitabının təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kamran İmanov: Azərbaycan xalqının atalar sözlərini ermənilər öz nümunələri kimi təqdim edirlər

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

Kamran İmanov: Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNƏCƏK

“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək

Goranboyda zəlzələ olub

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Şəmkirdə mağazada yanğın baş verib VİDEO

Malayziyada 2 helikoterin toqquşması nəticəsində 10 nəfər ölüb VİDEO

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplaşır

Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb

Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümünü, Milli Suverenlik və Uşaq Bayramını qeyd edir

Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qazaxın dörd kəndinin dinc yolla geri qaytarılması növbəti zəfərimizdir - ŞƏRH

Çində gəmi körpüyə çırpılıb: 4 nəfər itkin düşüb

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi

Hesabat: Dünyanı ən çox narahat edən 15 problem

Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

Düzgün nəfəs almaq ömrü uzadır

Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub

Böyük Britaniya Kiyevə 617 milyon dollar hərbi yardım edir

ABŞ-ın Yel Universitetində etiraz aksiyaları zamanı 47 nəfər həbs olunub

Yuxu problemini aradan qaldırmaq üçün ən təsirli meyvə - Ananas

Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib YENİLƏNİB -2 VİDEO

Britaniyalı nazir Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə irəliləyişi alqışlayıb

Şimali Koreya ilk genişmiqyaslı nüvə əks-hücum təlimini keçirib

ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb

Bloomberg: Rusiyada neft emalı minimuma enib

“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub

Kemeron: Tacikistana səfər edən ilk britaniyalı xarici işlər naziri olmaqdan şadam

Duda: Polşada nüvə silahının yerləşdirilməsi ilə bağlı qərar qəbul edilməyib

Qambiya gənc diplomatlarını təcrübə qazanmaq üçün Azərbaycana göndərməkdə maraqlıdır

Kiyevdə 1913-cü ildə azərbaycanlı tələbələrin gizli yığıncağına həsr olunmuş tədbir keçirilib

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Tayvanda güclü zəlzələ baş verib

Türkiyə Superliqası: “Fənərbağça” səfərdə xal itirib

Bayden Zelenskiyə yeni silah paketinin tezliklə ayrılacağını vəd edib

Rusiyanın “Birinci kanal”ı Prezident İlham Əliyevin işgüzar səfəri haqqında reportaj yayımlayıb

Prezident İlham Əliyev: Heydər Əliyev amili Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq

Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb

Ödənişli yolda qəza baş verib, yaralananlar var VİDEO

“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb

Prezident İlham Əliyev: Vladimir Putin və Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını qoyublar

Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər