İDMAN


Roman Qriqorçuk: Bu qələbə bizim üçün çox vacib idi

Bakı, 21 iyul, AZƏRTAC

Qalib gəldiyimiz üçün çox sevinirik. Çünki bu, adi qələbə qazanıb, mərhələ keçmək deyil. Biz bunu komandadakı hazırkı çox çətin vəziyyətdə bacardıq. Çətinlik ondadır ki, komandanın heyəti yeni formalaşıb və onu qurmağa vaxtımız az olub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda səfərdə “Yagelloniya” (Polşa) klubunu 0:2 hesabı ilə məğlub edən “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk səsləndirib.

Baş məşqçi deyib ki, komandanın çətin vəziyyətində sərfəli nəticə qazandığı üçün futbolçularımla fəxr edirəm. Bu qələbə bizim üçün çox vacib idi. Növbəti matçda komandamız daha güclü olacaq.

“Biz ilk oyunla müqayisədə daha yaxşı təsir bağışladıq. Komandanın daha yaxşı oynamaq potensialı var. Biz yenilənmiş “Panatinaikos” komandası ilə qarşılaşacağıq. İki il əvvəl oynadığımız komandanın heyətindən yalnız iki-üç futbolçu kollektivdə qalıb. Bu komanda zəif ola bilməz. “Panatinaikos” Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir. Biz iki çətin və çox maraqlı matç oynayacağımızı düşünürəm”, - deyə ukraynalı mütəxəssis qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.