İDMAN


Roman Qriqorçuk: Cavab qarşılaşmasında ciddi matç olacaq

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən MTK – “Qəbələ” matçından (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

AZƏRTAC klubun məlumatına istinadla xəbər verir ki, ukraynalı mütəxəssis komandanın MTK ilə oyuna çox ciddi hazırlaşdığını deyib. “Rəqibi çox yaxşı təhlil etmişdik. Bu oyunda rəqibin ifasında bildiklərimizi gördük. MTK yaxşı komandadır, heyətində fiziki cəhətdən güclü futbolçular var. Bu da dərhal diqqət çəkir. Komandanın əksər oyunçuları texniki cəhətdən də güclüdürlər. Meydanda da rəqibin yaxşı komanda olduğunun təsdiqini gördük. Oyun elə alındı ki, matçın axarı da, hesabı da fərqli ola bilərdi. Biz rəqibdən daha çox qol vurduğumuz üçün qalib gəldik. Penaltinin qolla nəticələnəcəyi halda necə olacağını bilmərik. Amma deyərdim ki, meydanda ciddi nə isə dəyişməzdi. Düşünürəm ki, cavab oyunu da oxşar tərzdə keçəcək. Bu matça qədər şanslar 50-nin 50-yə idi. Səfərdə iki qol vursaq da, cavab matçı öncəsi də şanslar təxminən bərabərdir. Çünki rəqibin gücünü real qiymətləndirirəm. Bu komanda çox güclü oynamaq iqtidarındadı və cavab qarşılaşmasında ciddi matç olacaq”, - deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.