İDMAN


Roman Qriqorçuk: Güclü rəqiblə oyunda yalnız qələbə qazanmaq istəyirik

Bakı, 13 iyul, AZƏRTAC

İlk gündən bizimlə olan futbolçuların tam hazır olduğuna əminəm. İnanıram ki, onlar belə güclü rəqiblə oyuna da hazırdırlar. Bu matçda qalib gəlməliyik. Yalnız qələbə qazanmaq haqda düşünməliyik. Bu oyunla cavab matçı arasında ciddi fərq olacaq. Bunu futbolçulardakı potensiala əsasən deyirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında Polşanın “Yagelloniya” klubunu qəbul edəcək “Qəbələ” komandasının baş məşqçisi Roman Qriqorçuk deyib.

Baş məşqçi bildirib: “Rəqib ötən mövsümdəki heyətin özəyini qoruyub. Bu da əlavə üstünlükdür. “Yagelloniya” yaxşı təşkilatlanmış və sabit komandadır. Ötən mövsüm Polşa çempionatında qalib olmağa çox yaxın idi. Bu da o deməkdir ki, rəqib güclü komandadır”.

Azərbaycan klublarının avrokuboklarda uğurlu çıxışına çox sevindiyini vurğulayan ukraynalı mütəxəssis deyib: “Digər komandaların nəticələri bizim psixoloji durumumuza təsir etmir. Biz oyunumuz barədə fikirləşirik və qələbə qazanmaq istəyirik. Komandamızın müəyyən oyun üslubu var, yeni gələnləri də buna uyğunlaşdırmağa çalışırıq. Transfer edəndə həm avrokubok, həm çempionat barədə düşünürük. Heyətdə kifayət qədər legioner var. Belə olan halda rəqabət də yaranır və inkişaf da sürətli olur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.