İDMAN


Roman Qriqorçuk: Qrup mərhələsində də nəticə qazanmaq istəyirik

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

Oyundan əvvəl futbolçularla psixoloji, emosional hazırlıq baxımından lazımi iş görmüşdük. Oyunçular bir az gərgin olduğundan səhvlərə yol verirdilər. Fasilədə bu emosional gərginliyi aradan qaldırmağa çalışdıq. Bu da bizə daha yaradıcı oynamaq, topa nəzarət etmə imkanı verdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Maribor” (Sloveniya) – “Qəbələ” (Azərbaycan) qarşılaşmasından (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında deyib.

Ukraynalı məşqçi qeyd edib ki, qarşıda bizi qrup mərhələsi gözləyir: “Orada da nəticə qazanmaq istəyirik. Avropa Liqasında ilk görüşdə qalib gəlmək, yaxşı futbol göstərmək niyyətindəyik. Transfer pəncərəsinin sonunadək beş gün vaxtımız var. Komandamıza bir hücumçu və bir universal oyunçu transfer etmək istəyirik”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.