İDMAN


Roman Qriqorçuk: Təcili surətdə növbəti oyunu düşünməliyik

A+ A

Bakı, 19 avqust, AZƏRTAC 

Hesabda geridə olanda təcili surətdə qollar vurmağın, qələbənin lazımlığını hiss edirdim. İndi isə çox fərqli bir şey yoxdur və heç bir eyforiyaya qapılmamışam. Təcili surətdə növbəti oyunu düşünməliyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsində Sloveniya “Maribor”u ilə keçirilən oyundan sonra deyib.

Ukraynalı mütəxəssis 3:1 hesablı qələbəni belə şərh edib: “Yalnız oyun anını düşünürəm ki, vəziyyətdən necə çıxa bilərik. Meydançada başqa şey fikirləşmirəm. Bütün futbolçularım kimi Santosu da çox istəyirəm. Sadəcə bir neçə epizodlarda yaxşı oynamadı. İlk hissədə bir neçə epizodda rəqib uzun müddət topa nəzarət etdi. Biz bunu dəyişdik, fasilədən sonra öhdəsindən gəldik. Bu bütün komandaya aid olan işdir, fərdlərdən söhbət gedə bilməz. Oyunun gedişatında elə vəziyyət yarandı ki, mənə elə gəldi rəqibi bu anda çox sıxmalıyıq. Mən də futbolçularıma bunu dedim və qol vurduq. Üçüncü qolun cərimə epizodu olub-olmamasından danışa bilmərəm”.

Baş məşqçi kapitan Rəşad Sadiqovun yoxluğundan da söz açıb: “Oyunçular haqqında ayrılıqda fikir bildirə bilmərəm. Vernidub Rəşadın mövqeyində çox yaxşı oynadı. Məndə ona qarşı hər hansı şübhə yox idi və əmin idim ki, oynaya biləcək. Özü də oyundan razı qaldı. Cavab oyununa hələ var. Heyətdə çox şey dəyişə bilər”.

Qeyd edək ki, cavab görüşü bir həftə sonra Sloveniyada keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.