DÜNYA


Romanın ilk imperatorunun məqbərəsinin bərpasına 10 milyon avro vəsait ayrılacaq

Roma, 11 may, AZƏRTAC

İtaliyanın paytaxtı Roma şəhərinin ən önəmli abidələrindən sayılan Avqust mavzoleyinin bərpası 10 milyon avroya başa gələcək. Abidə əsrlər boyu bombardmanlar, müxtəlif tikinti layihələri ilə öz görkəmini itirib, 1960-cı illərdə yararsız vəziyyətə düşüb. Layihəyə sərf olunacaq 10 milyon avronun 6 milyonunu İtaliyanın nüfuzlu mobil telefon rabitəsi şirkətlərindən olan “TİM” üzərinə götürüb, vəsaitin qalan hissəsi isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən maliyyələşdiriləcək.

Qeyd edək ki, ərazinin bəzi yerlərində, həmçinin qazıntı işləri aparılacaq. Bu da xəzinələrin aşkar olunacağına ümid verir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.